Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətininin növbəti buraxılışı start götürüb. 

BAKU.WS-in məlumatına görə, bu dəfə iştirakçılar teleaparıcı Lalə Mustafayevanı SMS səsverməsinə çıxarıblar.

Lalə xanım, bunu gözləmədiyini desə də, mübarizə apararaq oyunda qalacağını bildirib. O hələlik hədəfini açıqlamaycağını bildiirb.

Müğənni Niyam Salami də Lalənin hədəf olacağını gözləmədiyini bildirib. Onun sözlərinə görə, bu gün səsverməyə başqa iştirakçı çıxmalı idi. "İki kişi qalıb, 5 qız. Ona görə də mən təklif etdim ki, qızlar mübarizəyə başlasın, biz də tamaşa edək".

Türkan Vəlizadə isə Laləyə dəstək olduğunu bildirib.

Şounun birinci yarısında Lalə Mustafayeva hədəfinin Suna kasımoğlu olduğunu bildirib. "Əgər bu yarışmaa Türkiyədə olsaydı, yəqin bu 11 gün ərzində bir nəfərdə olsa, azərbaycanlı qalmazdı". 

Mustafayevanın bu ifadəsi aparıcı Murad Dadaşovanın narazılığına səbəb olub. O, Laləni qərar verməzdən öncə şəklini kimin atdığını araşdırmağı təklif edib.

Şounun canlı yayımının ikinci saatında Lalə xanımdan və tamaşaçılardan üzr istəyən lalə Mustafayeva fikrini dəyişib. O Suna xanıma toxunmayacağını bildirib. 

58,61 faiz səs toplayan Lalə Mustafayeva yaxın olan şəxsin ona qurulan oyunda iştirakından təsirləndiyini bildirib və Türkan Vəlizadəni oyundan kənarlaşdırmaq istədiyini bildirib.

Beləliklə şounun 11-ci gecəsi Türkan Vəlizadə üçün maşın əldən getdi.
BAKU.WS
QALEREYA