SİZİN REKLAM BURADA!
055 213 76 73



Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürəti davam edir.

BAKU.WS-in məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır. 

Maşın uğrunda mübarizədə növbəti gizli səsvermənin nəticələri açıqlanıb. İştirakçılar bu dəfə Qurdu SMS səsverməsinə çıxarıblar. "Mən bəzi iştirakçılar kimi sağ göstərib, sol vuran deyiləm. Hədəfim bir olacaq və şounun sonunda açılayacam", seyə Aytən Səfərovaya atmaca atıb. 

Amma Qurd oyunun sonunu gözləməyib. İlhamə ilə mübarizəyə başladığını elan edib.

Maraqlıdır ki, mübarizə İlhamə İlə Qurda arasında olsa da, ən çox Roza ilə Mətanət diqət mərkəzində olub. Hətta Roza Qurda hədəfini dəyişməyi dı təıklif edib və Mətanətin şoudan getməsində maraqlkı olduğunu bildirib. Amma nəticələr bu dəfə fərqli olub. 51 faiz tamaşaçı Qurdun şodan getməsinə səs verib.  
 
Xatırladaq ki, maşın uğrunda aşağıdakı şəxslər mübarizə aparır:

1.Cavidan Novruz (aktyor) 
2.Mətanət Əliverdiyeva (aparıcı) 
3.Firuzə Cəlilova (aparıcı) 
4.Aytən Səfərova (aparıcı) 
5.Hüseyn Əzizoğlu (video blogger) 
6.İlhamə Bədəlova (aparıcı) 
7.Uran (reper) 
8.Rahidə Baxıçova (müğənni) 
9.Əli Mirəliyev (müğənni) 
10.Ruhəngiz Musəvi (müğənni) 
11.Fərid Emilov - Qurd (reper) 
12.Pərvin Abıyeva (aktrisa) 
13.Abbas Bağırov (müğənni) 
14.Roza Zərgərli (müğənni)

Qeyd edək ki, Ələkbər Yasamallı səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb. Günel Hümbətova isə Roza Zərgərli tərəfindən uzaqlaşdırılıb. Azər Axşam isə Uran tərəfindən şoudan kənarlaşdırılıb.

BAKU.WS