Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürəti davam edir.

BAKU.WS-in məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır.

Maşın uğrunda mübarizədə növbəti gizli səsvermənin nəticələrinə görə, jurnalist Aytən Səfərova SMS səsverməsinə çıxarılıb. Dünənki qalmaqaldan da gözlənildiyi kimi Aytən həmkarı Mətanət Əliverdiyevanı hədəf seçib. O, səs qazanacağı təqdirdə, Mətanəti şoudan uzaqlaşdıracağını bəyan edib.

Amma Mətanət, Aytənə qarşı onda çoxdan qıcıq yarandığını bildirib. Onun sözlərinə görə, Aytən həmişə ona badalaq gəlib. Hətta ANS-də işlədiyi müddətdə onun əleyhinə təbliğat aparıb.

İki saatlıq qarşılıqlı ittihamlarla davam edən mübarizənin sonunda 80 faizdən çox səs toplayan Aytən Səfərova 
öz qərarını dəyişdib. Mətanəti barışığa dəvət edib. "Mən ilk gündən demişdim ki, həmkarlarıma toxunmayacam. Mən Mətanətlə mübarizə apardım və sübut elədim ki, güclü rəqibəm. Mən lovğa insanları xoşlamıram. Məcidi bura dəvət edirəm".  
 
Xatırladaq ki, maşın uğrunda aşağıdakı şəxslər mübarizə aparır:

1.Cavidan Novruz (aktyor)
2.Mətanət Əliverdiyeva (aparıcı)
3.Firuzə Cəlilova (aparıcı)
4.Məcid Hüseynov (aktyor)
5.Aytən Səfərova (aparıcı)
6.Hüseyn Əzizoğlu (video blogger)
7.İlhamə Bədəlova (aparıcı)
8.Uran (reper)
9.Rahidə Baxıçova (müğənni)
10.Əli Mirəliyev (müğənni)
11.Ruhəngiz Musəvi (müğənni)
12.Fərid Emilov - Qurd (reper)
13.Pərvin Abıyeva (aktrisa)
14.Abbas Bağırov (müğənni)
15.Roza Zərgərli (müğənni)

Qeyd edək ki, Ələkbər Yasamallı səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb. Günel Hümbətova isə Roza Zərgərli tərəfindən uzaqlaşdırılıb. Azər Axşam isə Uran tərəfindən şoudan kənarlaşdırılıb.

BAKU.WS