Aparıcı İlhamə Bədəlova və videobloger Hüseyn Əzizoğlu "Maşın" şoudakı hədəflərini açıqlayıb.

BAKU.WS-in məlumatına görə, Hüseyn Əzizoğlu həmişə beynində qurduğu senari ilə oynadığını bildirib:

"Yəni, əlavə kənardan senari götürmürəm. Mən indidən planımı qururam. Maşın şou elə şoudur ki, ora daxil olub dik də çıxmaq olur beli bükük də. Öpüşlərə, gülüşlərə aldanan adam deyiləm. Cəsarətsiz iştirakçı, məncə özü öz başını yeyəcək. Oyunun içində oyun yox, həyatda yaşaya-yaşaya nə oyunlar görmüşəm".

İlhamə Bədəlova hesab edir ki, maşında dost olmaq üçün ağılsız olmaq lazımdır. 

Abbas
BAKU.WS