SİZİN REKLAM BURADA!
055 213 76 73


ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun final mərhələsi başlayır.

BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu yarışmada sona 3 iştirakçı qalıb. Ötən gün İlkin Misgərlinin Talıb Taleh ilə dueldən məğlub ayrılması ilə finala start verildi. 

"Maşın"ın 15-ci sürətində final həyəcanı başlayır. Vüsalə Əlizadə, Xatun Əliyeva və Talıb Taleh daha gərgin mübarizəyə qoşulur. İştirakçıların dözümü sınağa çəkiləcək.

Bu axşam saat 22:15-də ATV kanalında "Maşın" şounun növbəti buraxılışına baxa bilərsiniz. 

Şahin
BAKU.WS