ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şouda maraqlı görüntüləri təqdim edirik.

BAKU.WS-in əməkdaşı şounun iştirakçıları ilə bərabər çəkilişə gedərkən avtobusda olub. Avtobusun ilk sıralarında müğənni Mehriban Xanlarova və aparıcı Vüsalə Kərimova bir oturmuşdu. Meyxanaçı Vüqar Əbdulov isə jurnalist Ülviyə Alovlu ilə oturub.

Aktyor İlkin Misgərli, aparıcısı Vüsalə Əlizadə, aparıcı İlqar Mikayıloğlu isə tək oturublar. Aparıcı Zemfira Adıgözəlova ilə müğənni Talıb Tale isə arxa sırada bir oturublar.

Repçı Elşad Xose, müğənni Rauf Əhmədov və aktrisa Tünzalə Əliyeva avtobusun arxa oturacaqlarında bir oturub. Avtbusdan görüntüləri təqdim edirik. 

Qeyd edək ki, ötən gün 71 faizdən çox səs toplayan ifaçı Xatun İlqar Mikayıloğlunu şoudan kənarlaşdırıb.

Realiti şouda aparıcı Vüsalə Kərimova, müğənni Xatun Əliyeva, meyxanaçı Vüqar Əbdulov, aktrisa Tünzalə Əliyeva, aktyor İlkin Misgərli, jurnalist Ulviyyə Alovlu, müğənni Rauf Əhmədov, müğənni Samirə Yusifqızı, müğənni Talıb Tale, aparıcı Zemfira Adıgözəlova, repçi Elşad Xose, aparıcı Vüsalə Əlizadə, aktrisa Mehriban Xanlarova iştirak edir.

Tamaşaçılar bu gün ATV kanalında canlı olaraq saat 22:15-dən etibarən həyəcan dolu efiri izləyə biləcək

Tuncay
BAKU.WS