VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.

BAKU.WS
xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar aktyor Ilkin MIsgərlini SMS səsverməsinə çıxarıblar. Tamaşaçılardan səs istəyən İlkin Mİsgərli hədəfinin müğənni Talıb Tale olduğunu bildirib. O qeyd edib ki, ötən dəfə zəif iştirakçı ilə mübarizə aparıb. Qalibiyyəti onu o qədər də sevindirməyib. Ona görə bu gün şounun ən güclü iştirakçısı ilə yarışmaq istəyir.

Çox maraqlıdır ki, Murad Dadaşov bu ssenarinin İlkin tərəfindən şoudan kənarlaşdırılan Ülviyyə Alovlu tərəfindən hazırlandığını bildirib. O, bununla bağlıı Ülviyyənin Vüsalənin şoudan uzaqlaşdırıldığı ərəfədə Xatuna işarələrlə bu barədə mesaj ötürməsi barədə sujeti də göstərib. Xatun isə onu başa düşməıdiyini, bunun İlkinin öz qərarı olduğunu deyib.

Amma başlanğıc İlkin üçün o qədər də uğurlu olmayıb. Hələki səsvermənin nəticələri Talıbın xeyrinədir. Yarışmadan bu gecə kimin uzaqlaşacağını isə tamaşaçılar müəyyən edəcək.

Tamaşaçlar isə Talıb Taleni seçiblər. 40,50 faiz tamaşaçı İlkin Misgərliyə qalsın, 59, 05 faiz tamaşaçı isə getsin deyib. Beləliklə, İlkin Misgərli üçün maşın əldən getdi və Xatun, Vüsalə Əlizadə və Talıb Tale fasiləsiz mübarizəyə başladı. Sabah gecə isə çox güman ki, maşının sahibi bəlli olacaq.

BAKU.WS