SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şouda növbəti buraxılışı baş tutub.

BAKU.WS xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar meyxanaçı Samirə Yusifqızını SMS səsverməsinə çıxarıblar. Səslərin hesablanması zamanı məlum olub ki, iştirakçılardan 12 nəfər onun şəklini atıblar. Murad Dadaşov bildirib ki, yalnız İlqar Mikayıloğlu, Elşad Xose, Vüqar Əbdülovun Samirənin şəklini atmadığı məlum olub. Bu da artıq qruplaşmanın mövcudluğundan xəbər verir. Samirə Yusifqızı da bunun məqsədli şəkildə edildiyini bildirib və ötən verilişdə Vüqar Əbdülovla mübahisənin nəticəsi olduğunu bildirib.

BAKU.WS