13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


“Maşın” realiti şou “Xanımlar və cənablar” yarışmasının çəkiliş meydançasında bu dəfə bir neçə məşhur sima ilə fasilə zamanı söhbət etmək imkanımız olub.

BAKU.WS-in əməkdaşı çəkiliş meydançasında "Nissan Altima" maşınının ətrafına toplaşan məşhurlarla söhbət edərək kimin-kimlə dost və rəqib olduğunu müəyyənləşdirməyə çalışıb. Ötən gecə Mehriban Xanlarovanın səs toplayaraq Vüqar Muradovu yarışmadan uzaqlaşdırmasından sonra 17 ulduz arasında mübarizə davam edir.

"M Group Production” təşkilatçılığı ilə yayımlanan şounun çəkiliş arası fasiləsi zamanı müğənni Günel Ələkbərova, aktrisa Mehriban Xanlarova, aparıcı Zemfira Adıgözəlova və aktrisa Tünzalə Əliyeva suallarımızı cavablandırıb.

Realiti şouda Nazim Faytonçu, aparıcı Vüsalə Kərimova, aparıcı İlqar Mikayıloğlu, müğənni Xatun Əliyeva, meyxanaçı Vüqar Əbdulov, aktrisa Tünzalə Əliyeva, aktyor İlkin Misgərli, jurnalist Ulviyyə Alovlu, müğənni Rauf Əhmədov, müğənni Samirə Yusifqızı, müğənni Talıb Tale, müğənni Günel Ələkbərova, aparıcı Zemfira Adıgözəlova, repçi Elşad Xose, aparıcı Vüsalə Əlizadə, aktyor Arif Quliyev, aktrisa Mehriban Xanlarova iştirak edir.

Tamaşaçılar bu gün ATV kanalında canlı olaraq saat 22:15-dən etibarən həyəcan dolu efiri izləyə biləcək.

Tuncay
BAKU.WS