Teleaparıcı Mehin Hümbətova sosial şəbəkə hesabında döyüşlərlə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, aparıcı şəhid atası Məhəddin Hümbətovun fotosunu paylaşaraq “Ruhun bu gün şaddır, şəhid atam. Qanın yerdə qalmır. Uğrunda vuruşduğun körpə oğullar bu gün qanınızı alırlar” deyə şərh əlavə edib.

Qeyd edək ki, M.Hümbətovanın Amerikada yaşayan bacısı, keçmiş teleaparıcı Günel Hümbətova da sosial şəbəkələrdə ingilis dilində Azərbaycan həqiqətlərini dünayaya çatdırmaqda iştirak edir.

BAKU.WS