SİZİN REKLAM BURADA!
055 213 76 73


Qoç - Diqqətli olun, pul itkisi ilə üzləşə bilərsiniz. Amma bu sizi o qədər də kədərləndirməsin, çünki qarşı günlərdə gözləmədiyiniz yerdən əlinizə pul gələcək. 

Buğa - Sürprizlə qarşılaşacaqsınız. Şəxsi həyatınızda ürəkaçan hadisələr gözlənilir. Çalışın xoşbəxtliyinizi əlinizdə möhkəm saxlayasınız.  

Əkizlər - Çoxdan sizi üzən maliyyə problemləri nəhayət ki, həllini tapacaq. Amma əlinizdə olanı dərhal xərcləməyin. Dar günə də pul saxlayın.  
 
Xərçəng - Romantikanı bir kənara qoyub, real həyatla yaşayın. Çünki xəyallar aləminə baş vurduqca tərəf müqabilinizi əsəbiləşdirirsiniz.   
 
Şir - Uzaq qohumlarınızdan şad xəbər alacaqsınız. Toya hazırlaşın.  

Qız - Utancaqlığınız başınıza bəla olacaq. Buna görə də sevgilinizi itirə bilərsiniz. Hiyləgər rəfiqələrinizdən uzaq durun. 

Tərəzi - Yeni iş təklifi alacaqsınız. Amma qərar verməmişdən qabaq üz ölçüb, bir biçin.

Əqrəb - Sizi qarşıda sevincli günlər gözləyir. Çoxdan gözlədiiyniz şad xəbəri nəhayət ki, alacaqsınız.  

Oxatan - Sevgilinizlə aranız dəyə bilər. Dilinizin altına qənd qoyun ki, onu özünüzdən incik salmayasınız. 

Oğlaq - Səhhətinizdə yaranan problemlər arxada qalacaq. Sizi qarşıda sağlam həyat gözləyir. 

Dolça - Hər zaman pozitiv olmağınız və inamınız sizi bütün çətinliklərdən qurtaracaq. Gücünüz daha da artacaq.
 
Balıq - Səhhətinizlə bağlı yüngül problem yaşayacaqsınız. Qidanıza diqqət yetirin.