VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Almaniyada müalicə alan aparıcı Hacı Nuranla şəklini paylaşıb.

BAKU.WS xəbər verir ki, Leyla Əliyeva Facebook sosial şəbəkəsində paylaşdığı fotoya heç bir şərh yazmayıb. 
 
Hacı Nuran isə öz profilində fotonun Leyla Əliyevanın Bakıda Heydər Əliyev Fondunda onu qəbul etməsi zamanı çəkildiyini bildirib: "Mən bu dəqiqə müalicəmi təşkil edən, ən çətin anlarda mənə dəstək verən çox sevdiyim Leyla xanımla görüşdüm. Onun məni isti qarşılaması, mənimlə maraqlanması, sağlamlığıma diqqətini görəndən sonra necə yaşamaq istəməyim. Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Hər şeyə görə çox sağ olun, Leyla xanım".

BAKU.WS