VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 4-də Günəş sistemindəki bütün planetlər Günəşdən eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzüləcək.

BAKU.WS Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, “Planetlərin paradı” adlanan bu düzülüş olduqca maraqlı və bir o qədər də valehedici astronomik hadisədir.

“Planetlər paradı” Günəş sistemində iki formada olur: Kiçik planetlərin paradı - bu hadisə Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə baş verir; Böyük planetlərin paradı - bu hadisə isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə yaşanır. Lakin bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu, “Planetlərin tam paradı” adlanır.

Cırtdan planet olaraq təsnif edilən Pluton və Günəş sistemində olan 8 planetin hamısı iyul ayının 4-də bir düz xətt halında olacaq. Lakin iyul ayı boyu davam edəcək planetlər paradı tam şəkildə görünməyəcək. Belə ki, Uran, Neptun və Pluton çox uzaq olduqları üçün adi gözlə görünmürlər. Mars, Yupiter, Saturn gecə vaxtı, Venera səhər saatlarında görünəcək, Merkuri isə Günəşə yaxın olduğu üçün görünməyəcək

BAKU.WS