Oxu.Az yeddi yaşında!

Bu gün Oxu.Az xəbər portalı yeddi yaşını qeyd edir.
Sayt 2013-cü il iyulun 1-də fəaliyyətə başlayıb və qısa müddətdə geniş oxucu auditoriyası toplayıb.
24 saat fəaliyyət göstərən sayt Azərbaycan və rus dillərində gündəlik 300-350 material dərc edir.
Saytın unikal oxucu sayı aylıq iki milyondan çoxdur. Oxu.Az-ın aylıq səhifələnmə sayı 60 milyondan çoxdur.
Oxu.Az bu göstəricilərlə media sahəsində aparıcı mövqedə dayanmaqdadır.
Saytın komandası oxuculara daim yeni və maraqlı materiallar təqdim edir, yeni rubrikaları oxucuların ixtiyarına verir.
BAKU.WS kollektivi olaraq Oxu.Az saytında çalışan həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!
Oxşar xəbərlər
Azərbaycanlı alim: “Ölümün və xərçəngin qarşısını alacağıq”
Mükəmməl təhsil almaq, elmdə öz yerini qazanmaq və insanlığa töhfə vermək üçün Allahverdi Şahverənov da Azərbaycanda orta və ali təhsil aldıqdan sonra uzaq Çinə...
