SİZİN REKLAM BURADA!
055 213 76 73


"Atamla bağlı heç bir məlumat yoxdur. Sonuncu dəfə atamdan iki-üç cümləlik məktub almışam".

Bu sözləri BAKU.WS-in bölgə müxbirinə atası erməni əsirliyində olan Kürdoğlu Əsgərov deyib.

"Virusla bağlı Qırmızı Xaç Komitəsi təxminən 10-15 gün bundan qabaq atamı yoxlayıb və bizə "vəziyyətim normaldır" kimi iki-üç cümləlik məktub göndərib. Başqa heç bir xəbər yoxdur", - deyə o bildirib.

Xatırladaq ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov yaxınlarının məzarlarını ziyarət etmək üçün Azərbaycanın işğal altındakı Kəlbəcər rayonuna gediblər. Həmin gün keçirilən əməliyyatla Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb, Həsən Həsənov isə güllələnərək öldürülüb.

BAKU.WS