SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yerli və xarici mətbuatda "Miranda Kerrin uşaqlıq fotosu" başlıqlı xəbərlər yer alıb. 
 
BAKU.WS məlumat verir ki, bir Instagram istifadəçisi uşaq şəklini paylaşaraq "Bu hansı məşhurun uşaqlığıdır?" sualını verib. İzləyicilər gözlərinin rəngi, üz quruluşu və qəmzələrinin məşhur model Miranda Kerriyə çox bənzədiyini bildiriblər. Yenidən ikisinin fotosunu paylaşan istifadəçi uşağın Miranda Kerrin uşaqlıq fotosu olduğunu yazaraq çaşqınlıq yaradıb. Bəzi istifadəçilər isə bu uşağın Miranda Kerr olmadığını, həmin uşağı və ailəsini tanıdıqlarını bildiriblər.
 
Məlum olub ki, sözügedən uşaq fotosu "Madilyn’s Mom" adlı Intagram istifadəçisinin qızına məxsusdur. Diqqət çəkən məqam isə, həmin uşağın Miranda Kerrə bənzərliyi olub.
 
 
Ayşən Ayxan 
BAKU.WS