SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ayşən Ocaqverdiyeva "İşte benim stilim”in bu həftəki buraxılışnda yarışmaya iştirakçı kimi qatılıb.

BAKU.WS məlumat verir ki, yarışmanın seçim mərhələsində hər üç münsifdən hə cavabı alan həmyerlimiz ikinci dəfə iştirakçı kimi yarışmanın podiumuna çıxıb. Münsiflərdən İvana Sert və Nur Yerlitaş Ayşənin geyimini 7 balla, Hakan Akkaya isə 8 balla qiymətləndirib. 

Modelyer Hakan Akkaya prodüsser Tolikə və Ruhi Əliyevaya salam göndərib:
 
"Çox gözəlsən. Sənin timsalında Azərbaycandakı dostlarım Ruhi və Tolikə salam göndərirəm. Bu yaxınlarda Bakıda idim. Bir günlük getmişdim. İnsanı elə gözəl qarşılayırlar ki, heç qayıtmaq istəmirsən. Adam özünü orada şahzadə kimi hiss edir".
 
Modelyerin fikirlərini İvana Sert də təsdiqləyib. O da Azərbaycanı çox sevdiyini, azərbaycanlılardan çox məmnun qaldığını bildirib.
 
Qeyd edək ki, Ayşən Ocaqverdiyeva seçim mərhələsinə qatılarkən yarışmanın iştirakçıları ilə arasında qalmaqal yaşanmışdı. 
 
BAKU.WS