SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Dünyaca məşhur müğənni Britni Spirs "V Magazine" jurnalının 100-cü sayının siması seçilib. 

BAKU.WS məlumat verir ki, jurnal üçün kamera qarşısına keçən müğənni seksual pozlarda fotosessiya etdirib. Britninin fotolarını məşhur moda fotoqrafı Mario Testino çəkib. Fotosessiyada müğənninin kişi tərəf müqabili model Brendon Uayt olub.
 
"V Magazine" jurnalının baş redaktoru "Niyə Britni Spirs? sualına belə cavab verib:
 
"Biz jurnalımızın 100-cü sayını daha əlamətdar etmək üçün seçim qarşısında idik. Kim bu buraxılışı yadda qalan edə bilər? Xüsusən sənətçilərdən bir şəxs olmalı idi. Təbii ki, Britni Spirsdən uğurlu seçim olmazdı. Biz onun mahnıları ilə böyümüşük. Bu günə kimi də sənətində yeniliklər etməyə davam edir. Qadın kimi də gözəl qadındır".
 
BAKU.WS