Britni Spirsdən cəsur fotosessiya (FOTO)
Dünyaca məşhur müğənni Britni Spirs "V Magazine" jurnalının 100-cü sayının siması seçilib.
BAKU.WS məlumat verir ki, jurnal üçün kamera qarşısına keçən müğənni seksual pozlarda fotosessiya etdirib. Britninin fotolarını məşhur moda fotoqrafı Mario Testino çəkib. Fotosessiyada müğənninin kişi tərəf müqabili model Brendon Uayt olub.
"V Magazine" jurnalının baş redaktoru "Niyə Britni Spirs? sualına belə cavab verib:
"Biz jurnalımızın 100-cü sayını daha əlamətdar etmək üçün seçim qarşısında idik. Kim bu buraxılışı yadda qalan edə bilər? Xüsusən sənətçilərdən bir şəxs olmalı idi. Təbii ki, Britni Spirsdən uğurlu seçim olmazdı. Biz onun mahnıları ilə böyümüşük. Bu günə kimi də sənətində yeniliklər etməyə davam edir. Qadın kimi də gözəl qadındır".
BAKU.WS
Oxşar xəbərlər
İrina Şeykdən qeyri-adi fotosessiya (FOTO)
Məşhur model İrina Şeyk bu dəfə "Double magazine" jurnalı üçün soyunub. BAKU.WS məlumat verir ki, rus gözəl jurnal üçün kamera qarşısına keçib. Model fotoses...