2019-cu il ölkədə bir çox hadisələrlə yadda qaldı. İctimai-siyasi vəziyyət, iqtisadiyyatın dinamik inkişafı və bir çox hadisələr baş verdi. Bu hadisələri ictimaiyyətə çatdırmaq üçün çalışan media nümayəndələri prosesdə hər il olduğu kimi ötən il hansı çətinliklərlə üzləşib.

BAKU.WS xəbər verir ki, “milli.az” bir sıra aparıcı media orqanları əməkdaşları ilə bu barədə sorğu keçirib. Həmin sorğunu təqdim edirik:

BAKU.WS saytının əməkdaşı Ziya Babayev də 2019-cu ildə bir çox mətbuat xidmətinin jurnalistlərlə yüksək səviyyədə işlədiyini etiraf edib:

"Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev, Bakı şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İsrafil Kərimov, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova, TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəvanə Əliyeva, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev, "İçərişəhər" Dövlət Qoruğunun mətbuat katibi Səfayə Əhmədova, Vergilər Nazirliyinin mətbuat katibi Şahin Məmmədov, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov və xidmətin əməkdaşı Şahin Rzayev, "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı, "Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Gülçin Mehdiyeva, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli, Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova ötən il ən yaxşı çalışanlardandır.

Ötən il Baş Prokurorluğun Mətbuat Xidməti ilə daha sıx əməkdaşlıq etmişəm.

Xidmət rəhbəri Eldar Sultanov və xidmətin böyük prokuroru Kənan Zeynalov mənimlə çox operativ əməkdaşlıq ediblər".

APA İnformasiya Agentliyinin əməkdaşı Səlcuq Elçin ötən il bir çox qurumların mətbuat xidmətinin rəhbəri və əməkdaşının fəaliyyətində müsbətə doğru irəliləyiş olduğunu bildirir:

"İstər yola saldığımız 2019-cu ildə, istərsə də ondan əvvəl Baş Prokurorluğun mətbuat xidmətinin bütün əməkdaşları media ilə yüksək səviyyədə əməkdaşlıq edib:

"Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, xidmətin böyük prokuroru Kənan Zeynalov media ilə əməkdaşlığa səfərbər olublar. Bir sözlə, bu qurumun mətbuat xidmətində çalışanlar mətbuatla əməkdaşlıq etməklə medianın dostu adını qazanıblar. Tam səmimi deyə bilərəm ki, Baş Prokurorluğun mətbuat xidməti bəzi dövlət orqanlarının mətbuat xidmətlərinə nümunə sayıla bilər.

Baş Prokurorluqla yanaşı Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin fəaliyyətini yüksək qiymətləndirirəm. Xidmət rəisi operativ çalışır, sorğulara, hadisələrlə bağlı müraciətlərimizə tez bir zamanda cavab verir".

Axar.az saytının əməkdaşı Turanə Məmmədli də ötən il bir çox dövlət qurumunun mətbuat xidmətinin fəaliyyətini yüksək qiymətləndirir: "Daxili İşlər Nazirliyi mətbuat xidməti, BŞPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, xidmətin böyük prokuroru Kənan Zeynalov, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (AXDG) mətbuat katibi Mehman Mehdiyev ötən il jurnalistlərlə ən operativ işləyən şəxslərdir.

Oxu.az saytının əməkdaşı Könül Cəfərli ötən il əksər qurumların mətbuat xidməti ilə normal əməkdaşlıq etdiyini bildirib: "Ötən il, demək olar ki, əksər qurumların mətbuat xidmətləri normal işləyib, suallarımıza cavab verib. Əsasən isə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov, "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva, Bakı şəhər Baş Polis idarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev, Dövlət Sərhəd Xidmətinin rəhbəri Rövşən Cahangirov və Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev ötən il operativ fəaliyyətləri ilə seçiliblər".

Daimi əlaqə saxladığı mətbuat xidmətləri arasında Baş Prokurorluğun mətbuat xidmətini xüsusi qeyd edən Publika.az saytının əməkdaşı Nizam Rzayev bildirib ki, adıçəkilən xidmətin rəhbəri Eldar Sultanov və böyük prokuror Kənan Zeynalov sorğulara daim diqqətlə yanaşır və qısa vaxtda bütün mətbuat üçün olsa da belə cavablandırılır: "Həmçinin Daxili İşlər Nazirliyinin mətbuatla çoxşaxəli ünsiyyətini alqışlayıram. Nazirliyin mətbuat xidmətinin regional nümayəndəliklərinin, eləcə də baş idarələrin bir çoxunun ayrıca mətbuatla əlaqədə olan əməkdaşlarının olması təqdirəlayiqdir".

Report İnformasiya Agentliyinin əməkdaşı İsmayıl Nəsibli də bir sıra qurumlarla normal əlaqə yarada bilib: "Mənim fikrimcə, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev, Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov, xidmətin böyük prokuroru Kənan Zeynalov, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ən yaxşılardandırlar. Mənim nə zaman onlara sualım olub, həmin şəxslərdan cavab ala bilmişəm. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova, Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Bəşarət Məmmədov, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov, Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli, Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov da jurnalistlərin suallarına, sorğularına çox vaxt cavab verirlər. Onların fəaliyyətlərini müsbət qiymətləndirirəm".

Ümumilikdə rəyi soruşulanlardan belə qənaətə gəlmək olar ki, ötən il media qurumları ilə ən yaxşı işləyən Baş Prokurorluğun Mətbuat xidməti olub. Siyahıda ikinci yeri Bakı şəhər Baş Polis İdarəsinin, üçüncü yeri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbərləri tutub.

BAKU.WS