13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Qarabağın simvolu sayılan "Xarı bülbül" çiçəyinə Türkiyədə abidə qoyulacaq.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Bolu Bələdiyyə sədri Alaaddin Yılmaz söyləyib. Sədr Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu xatırladıb. Azərbaycanın Qarabağ acısı olduğunu diqqətə çatdıran A.Yılmaz sözlərinə belə davam edib: "O ağrını biz də içimizdə hiss edirik. Hazırda Qarabağ Ermənistanın işğalı altındadır. Yəni, hər iki dövlət olaraq böyük bir acı içindəyik. Bu ağrıya ortaq olmaq məcburiyyətindəyik ki, acılarımız azalsın".
 
Bələdiyyə sədri həmçinin bildirib ki, 2 min 600 kvadrat metrlik ərazidə "Qarabağ" parkı inşa edilir. Onun sözlərinə görə, parkın içərisində azərbaycanlı heykəltaraş Akif Əskarov tərəfindən hazırlanan 7 metr hündürlüyündə və 4 metr enində "Xarı bülbül" adlı çiçəyin abidəsi ucalacaq:
 
"Qarabağ ağrımız işğal sona çatana qədər yaşayacaq. Bu məsələdə mübarizəmiz sonuna qədər davam edəcək. Qarabağ azad olduqdan sonra da Qarabağla burada birləşmiş olacağıq", - deyə sədr əlavə edib.
 
Qeyd edək ki, dünyada yalnız Azərbaycanda, Şuşada bitən və adı Qarabağın adıyla birgə çəkilən Xarı bülbül çiçəyi qeyri adi görkəmə malikdir. Bu gülə baxdıqda bülbül təsvirini aydın görmək olur. 
 
ŞAHİN Həbibov