SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

BAKU.WS AzərtAc-a istinadən məlumatına görə, sərəncama əsasən komisiyyanın yeni tərkibi formalaşıb. 

Komissiyanın sədri
 
Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri 

Komissiyanın üzvləri 

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri 

Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri 

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri 

Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi 

Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri 

Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri 

Əhliman Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin kafedra müdiri 

Bəxtiyar Əliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil komitəsi sədrinin müavini, Bakı Dövlət Universitetinin kafedra müdiri 

Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
 
Səttar Möhbalıyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri 

Elmira Axundova - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, jurnalist 

Məlahət İbrahimqızı - Azərbaycan Respublikası Milli Məclisinin deputatı 

Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini 

Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Əliməmməd Nuriyev - "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri 

Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri 

Cəmilə Ramazanova - Azərbaycan Respublikasının əməkdar müəllimi Komissiyanın katibi 

Kəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri 

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə və Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə olunsun ki, Komissiyanın iclaslarında iştirak etsinlər.
 
BAKU.WS