VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gələn aydan etibarən Türkiyənin aşağı büdcəli aviaşirkəti - "Pegasus” Azərbaycandan uçuşlara başlayacaq. Bu barədə turizm şirkətlərindən bildirilib.

BAKU.WS
-in məlumatına görə, ilk reys martın 19-da Qəbələ Beynəlxalq Aeroportundan İstanbulun Sabiha Gökçen hava limanına gerçəkləşəcək. Uçuşlar həftədə 3 dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri olmaqla Qəbələdən, həftənin çərşənbə axşamı, cümə və bazar günləri İstanbuldan həyata keçiriləcək.

Aviabiletlərin qiyməti bir istiqamət üzrə bütün vergi və yığımlar daxil olmaqla 48 avrodur. Aviareysin açılması ilə Azərbaycandan gedən turistlərin başqa şəhərlərə də münasib qiymətə uçması mümkün olacaq.

 

BAKU.WS