VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Sosial şəbəkələrdə 1993-cü ildə Qarabağda çəkilən toy görüntüsü yayılıb.
 
BAKU.WS-in məlumatına görə, Qarabağda döyüşən əsgərlərimizdən biri üçün təşkil edilən toy mərasimi unikallığı ilə seçilir.
 
Videodan da aydın olduğu kimi zirehli texnika gəlin maşını edilib. Öz toyunda əsgər formasında iştirak edən bəy gəlini evindən götürüb qonşu kəndə aparır. 
 
Gəlin kortejində KamAZ-lar və hərbi texnikalar düzülüb. Oğlan evinə gətirilən gəlinin başına əsgərlər şabaş atırlar. Hətta əsgərlərdən biri gəlinin barmağına qızıl üzük taxır və əlindən öpür.
 
BAKU.WS Qarabağda qızğın döyüşlərin getdiyi bir vaxtda baş tutan toy mərasimindən görüntüləri təqdim edir: