SİZİN REKLAM BURADA!
055 213 76 73


“Mən qadınlarının yerinin cəhənnəm olduğunu deyə bilmərəm. Siz cənnəti, cəhənnəmi görmüsünüz?”

BAKU.WS
kulis.az -a istinadla xəbər verir ki, bu sözləri təqdimatların birində jurnalistlərin suallarını cavablandıran Xalq şairi Ramiz Rövşən Akif İslamzadənin “qadınların yeri cəhənnəmdir” fikrinə münasibət bildirərkən söyləyib.

Şair daha sonra əlavə edib:

“Bilirsiniz, hansı daha maraqlıdır? Bilmirsiniz axı. Əgər qadının yeri cəhənnəmdirsə, onda kişilərin birbaşa gedəcəyi yer cəhənnəmdir. Mən bir dəfə Elçinin bir sözünü demişdim, başqaları düz başa düşməmişdilər. Demişdim, görün biz qadını nə qədər alçaltmışıq, aşağı salmışıq ki, onu kişi ilə bərabər səviyyədə tuturuq.

Qadın kişinin başının tacıdır. Və bu mənim ən dəqiq düşüncəmdir! Fikirləşin ki, bir ailədə bir kişi haqqında nəsə onu aşağılayan bir söz deyilsin, bundan qadın üçün toz boyda da ləkə qonmaz. Amma qadın haqqında deyilən hər bir pis söz onun üçün ləkə olar. Deməli, qadın daha dəyərli, daha qiymətlidir. Kişi qadını elə qorumalıdır ki, ona toz da qonmasın.”
BAKU.WS