Nadir Qafarzadə: “Qeyrətsiz qadının başı kəsilməlidir” - AUDİO
24
avq
2019
13:57
Türkiyənin Kırıkkale bölgəsində 38 yaşlı Emine Bulutun keçmiş həyat yoldaşı tərəfindən dəhşətli şəklildə övladının gözü qarşısında öldürülməsi ölkədə böyük rezonans yaradıb.BAKU.WS xəbər verir ki, dövlət rəsmiləri də daxil olmaqla, sənət adamları, futbol klubları və sadə əhali olaya etirazını bildirib və bunu sosial şəbəkədə ictimailəşdirib.Məsələyə münasibət bildirmək üçün tanınmış müğənni Nadir Qafarzadə ilə əlaqə saxladıq. Müğənni BAKU.WS-ə açıqlamasında qadını öldürən kişi barəsində özünəməxsus fikir bildirib:“Bu hadisə qeyrətsizlik səbəbindən baş veribsə, ərinin onun başını kəsməsi düzdür. Pis qadının başı kəsilməlidir. Əgər qadın pozğunluq edirsə, kişi ona dözməlidir? Mən dəqiq bilmirəm, o cinayətin baş vermə səbəbi nədir.Mən inanmıram ki, kişi başqa hansısa səbəbdən bunu etsin”.Müğənni həmçinin vurğulayıb ki, qadına azadlıq çərçivə daxilində verilməlidir.“İndi zaman o qədər pisləşib ki, insanlar öz qeyrətsziliklərini boynuna alıblar. Ər arvadını, qardaş bacısını və oğul anasını aparır ki, təki pul qazansın. Biz azadlığı pozğunluq və əxlaqsızlıqla səhv salmışıq. Azadlıq əsl kişilik, mərdlik və qadınlıqdır.Bir çoxları elə düşünür ki, azadlıq elə özünü açıb-tökmək, istədiyini etməkdir. Belə bir misal da var ki, 40 il boyunduruq altında yaşamqdansa, bir gün kişi yaşamaq lazımdır. Amma qadına tam azadlıq vermək də olmaz. Qadın üçün çərçivə olmalıdır”.Orxan Hüseyn
Oxşar xəbərlər
Bütün Türkiyə Emine Buluta görə ayaqda: Anne lütfen ölme - VİDEO
Türkiyənin Kırıkkale bölgəsində 38 yaşlı Emine Bulutun keçmiş həyat yoldaşı tərəfindən dəhşətli şəklildə öldürülməsi olayına futbol azarkeşləri də münasibət bil...