Müğənni Roza Zərgərli "İdman" mahnısının plagiat olması ilə bağlı xəbərə münasibət bildirib. 
 
Sənətçi BAKU.WS-ə açıqlamasında iddiaları təkzib edib:
 
"Hər iki mahnıya qulaq asdıqda plagiat olmadığı aydın bilinir. Mahnıda türk ritmləri var, ancaq Mustafa Sandalın sözügedən mahnısının plagiatı deyil. Heç əlaqəsi yoxdur. Telefonlarda "Shazam" proqramı ilə də yoxlasanız görərsiniz ki, tamam fərqli mahnılardır".
 
Qeyd edək ki, Roza Zərgərlinin yeni "İdman" mahnısı ilə Mustafa Sandalın "Tesir altında" mahnısının oxşar olması ilə bağlı xəbər vermişdik. Həmin mahnıları təqdim edirik.
 
BAKU.WS