VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Tanınmış müğənni, xalq artisti Brilliant Dadaşovanın bacısı Sədaqət Dadaşova "Zuhal Topalla izdivaç" verilişində qalaraq iştirakına davam edib.
 
BAKU.WS məlumat verir ki, aktrisa verlişə Oqtay adlı bəy üçün getmişdi. Lakin tərəflər razılığa gəlməyib. Bundan sonra Sədaqət Dadaşova verlişdə qalaraq iştirakını davam etdirib.
 
Ötən gün isə aktrisa ona namizəd olan Adnan bəylə də razılığa gələ bilməyib. Alınmadığını bildirkdən sonra S.Dadaşova Adnan bəyin onun üçün gətirdiyi hədiyyəni geri qaytarıb.  

Adnan bəy isə Dadaşovanın ünvanına xoş sözlər deyib: "Sədaqət xanım, çox mədəni, kübar xanımdır. Dəyərli anadır. Çox istərdim alınsın. Ancaq o, övladlarına görə Azərbaycanda yaşamalıdır. Mən isə Almaniyada yaşayıb, çalışıram. Buna görə də münasibətimiz alınmadı".

BAKU.WS