Tanınmış azərbaycanlı rəqqasə Oksana Rəsulova filminin təqdimatına hazırlaşır.

BAKU.WS məlumat verir ki, bu haqda rəqqasə sosial şəbəkədə yazıb:
 
"İnşallah tezliklə gözlənilən trellər, dram "Şər Qarışanda" filmi martın 3-dən etibarən bütün kinoteatrlarda olacaq. Filmdə əməyi olan bütün insanlara təşəkkür edirəm".
 
Qeyd edək ki, film Oksana Rəsulovaya məxsus olan "OksiMedia" productionun lahiyəsidir. Filmin rejissoru Samir Kərimoğlu, operatoru isə Nadir Mehdiyevdir. Rəqqasə ilə yanaşı filmdə bir neçə tanınmış sənətçilər də yer alıb. 
 
BAKU.WS