Məşhur modelyer Deniz Berdan həyat yoldaşı və uşaqlarıyla birgə getdiyi İsveçrə tətilində ölümdən dönüb.

BAKU.WS məlumat verir ki, xizək sürərkən arxadan gələn bir nəfərin dəyməsi ilə bir neçə metr irəliyə beli üstə düşən modelyer uzun müddət yerdə hərəkətsiz qalıb. Təcili vertolyotla xəstəxanaya aparılan Berdan əməliyyat olunub. Modelyer İnstaqram hesabında hadisə ilə bağlı bunları yazıb:

"Nə qədər diqqət edirsinizsə, edin, amma hər zaman birinin sizə arxadan kiminsə vurma ehtimalı var. Bədəninizi qoruyan əşyaların hamısından istifadə edin. Belim sınıb. Arıq olduğum üçün belimi açmağa ehtiyac qalmadığı üçün kənardan mil taxaraq sabit saxladılar".
 
BAKU.WS