VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tanınmış müğənni İradə İbrahimova ötən gün mediada yayılan doğuş anını əks etdirən videosu ilə bağlı açıqlama verib.

BAKU.WS məlumat verir ki, müğənni videonun sosial şəbəkəyə yerləşdirilməsindən xəbərsiz olduğunu bildirib: 

"Əlinin doğumu ilə bağlı mediada video paylaşılıb. Həmin görüntüləri ilk dəfə izlədim. Ailə fotomuzu çəkən xanım səhifəsində başqaları kimi bizim də xoş günümüzü paylaşıb. Onun mənə təqdim etdiyi videoda bu görüntülər olmayıb. Yeni gördüm və gün ərzində çoxlu insanlar videonu izləyib kövrəldiklərini yazıblar. Amma ənənəsinə sadiq qalan bəziləri "tərifindən" qalmadı. Bu cür görüntülər onu birmənalı qarşılayanlar üçün hazırlanır. Təki Allah övlad arzusunda olan hər kəsə bu sevinci daddırsın. Onu tənqid hədəfi etməkdənsə, sevincdən özünə pay götürsə, həyatı daha gözəl olar. İllərdir ahımı, günahımı alan insanlara üzülürəm. Gün gələcək tək-tək cavab verəcəksiniz. Mən buna inanıram".

Qeyd edək ki, türkiyəli iş adamı Ceyhun İzərlə ailəli olan İ.İbrahimovanın İpək adlı qızı, Əli adlı oğlu var.
 
BAKU.WS