SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ-da həftələrdir davam edən "Powerball" loto oyunu nəhayət başa çatıb.
 
BAKU.WS məlumat verir ki, lotoreya biletlərinin oynanıldığı "Powerball"un qalibi isə Kaliforniyada yaşayan bir şəxs olub. Böyük mükafat 1,5 milyard dollardır. Bildirilib ki, mükafatı qazananın adı hələ açıqlanmayıb. Bundan əlavə, bileti satan mağazaya da 1 milyon dollar mükafat veriləcəyi bildirilir. 
 
Məlumatda qeyd olunur ki, qalib mükafatı ya 30 il ərzində bərabər rəqəmlərlə hər il ödəniş şəklində alacaq, ya da 930 milyon dolları birinci dəfədən almağı seçə bilər. 
 
Oyunun şərtlərinə görə, qalib olan şəxs qazandığı məbləğin 40 faizini vergi olaraq dövlətə ödəməlidir. Vergi çıxıldıqdan sonra isə qalibə 950 milyon dollar qalır. 
 
BAKU.WS