9 May qələbəsinin canlı qəhrəmanı - 94 yaşlı Əmirbala Məmmədov - FOTO

Bu gün 9 May qələbə günündən 74 il ötür. 1945-ci ilin may ayında qələbəni bayram edən qəhrəmanlar arasında Əmirbala Məmmədov da var idi. 94 yaşlı müsahibim Böyük Vətən Müharibəsinin ən həlledici döyüşlərində iştirak edib. Dediyinə görə, müharibəyə yollananda heç 18 yaşım tamam olmamışdı. Yaşının çox olmasına baxmayaraq veteran hələ də o günləri yaxşıca xatırlayır.
"Böyük Vətən Müharibəsinin həlledici döyüşlərindən biri Mazdokda oldu. Həmin döyüşdə bizim azərbaycanlılardan ibarət diviziya böyük məharətlə vuruşurdu. Vətən uğrunda döyüşlərdə iştirak edərək alman ordusuna qarşı bütün gücümüzlə döyüşürdük".
Qafqaz uğrunda döyüşlərdə iştirak edən Əmirbala kişi müharibə dövrünün çox dəhşətli və bir o qədər də şərəfli olduğunu deyir. Kislovodsk və Mazdok ətrafındakı döyüşlərdə iştirak edən veteran qazandıqları qələbəni belə xatırlayır:



Azərbaycan prezidenti İlham Əliyevin veteranlara böyük qayğı göstərdiyini vurğulayan Əmirbala kişi dövlət başçısına daim minnətdar olduğunu söyləyir. Ancaq maraqlısı ondadır ki, Əmirbala kişiyə indiyə qədər nə ev, nə də avtomobil verilməyib. Vətən uğrunda canından keçməyi gözə alan 94 yaşlı veteran yaxın gələcəkdə bu arzusunun da dövlət başçısı tərəfindən nəzərə alınacağına ümid edir.
Şahin HəbibovQalereya
Oxşar xəbərlər
Prezident aprel döyüşlərindən danışdı
"Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar...
