SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tanınmış türkiyəli həkim Ender Saraç aparıcı Özlem Yıldızı məhkəməyə verib. 

BAKU.WS "Hürriyet"ə istinadən məlumat verir ki, E.Saraçın televiziya proqramlarının birində sağlam arıqlamaq üçün hazırladığı "sarımsaq çayı” reseptini internetdə arıqlama dərmanları satan firmalardan biri istifadə edib. 

Firmanın dərmanlarının reklam üzü isə aparıcı Özlem Yıldız olub. Aparıcı internetdə yayımlanan reklamda Ender Saraçın yanına getdiyini və onun çayı ilə artıq çəkilərdən qurtularaq ideal bədən qurluşuna sahib olduğunu deyib. Firmaya təzminat davası açan E.Saraç quruma aid heç bir məsul şəxs tapmayıb. Buna görə də o,Yıldıza 70 min lirəlik (36 min manat) təzminat davası açıb.
 
Aparıcı öz növbəsində "Əlimə mətn verdilər, mən də oxudum. Əsla pis niyyətim olmayıb" deyərək özünü müdafiə edib.
 
E.Saraç isə bildirib ki, ilk dəfədir məhkəməyə müraciət edir:
 
"Karyeram boyunca ilk dəfədir kimisə məhkəməyə verirəm. Kiminsə insanların səhhəti ilə oynamasına icazə vermərəm".
 
BAKU.WS