SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Britaniyada yaşayan Azərbaycan əsilli müğənni Sami Yusuf fevral ayında işıq üzü görəcək "Barakah" adlı albomunda artıq bir mahnısını təqdim edib. 

BAKU.WS məlumat verir ki, "Inna Fil Jannati"  adlanan mahnıda heç bir musiqi alətindən istifadə olunmayıb. Mahnıda yalnız sənətçinin öz səsi yer alıb. "Inna Fil Jannati" mahnısı Əhli-Beyt-ə duyulan sevgini və hörməti ifadə edir. 
 
Qeyd edək ki, müğənni ötən il Azərbaycana səfər etmişdi. Paytaxt Bakıda konsert proqramı ilə çıxış edən müğənni yerli televiziya kanallarının da qonağı olmuşdu. 
 
BAKU.WS