13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


 

Bakıda "Xəzər" televiziyasının yeni binasının açılışı keçirilib.

BAKU.WS
-in məlumatına görə, açılışda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Ə.Həsənov simvolik qırmızı lenti kəsib. Tədbir iştirakçıları bina ilə tanış olublar.

Qeyd edək ki, "Xəzər" televizyasının Nobel prospektində yerləşən yeni binasının sahəsi 1000 kv.m-dır. Bina 10 mərtəbədən, 265 otaqdan ibarətdir.

BAKU.WS