13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Sabah ölkənin bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. 


BAKU.WS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadla verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz şərq küləyinə keçəcək.


Abşeron yarımadasında havanın temperaturugecə 23-26˚, gündüz 30-35˚, Bakıda gecə 24-26˚, gündüz 33-35˚ isti olacaq.


Avqustun 18-də Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Gün ərzində şərq küləyi əsəcək. 


Havanın temperaturu aran rayonlarında gecə 20-25˚, gündüz 33-38˚ isti, dağlarda gecə 14-19˚, gündüz 25-30˚ isti qeydə alınacaq.

 

BAKU.WS