SİZİN REKLAM BURADA!
055 213 76 73



 

"Muhteşem yüz yıl. Kösem" serialında azərbaycanlı telejurnalist Aygül Zabitqızı da rol alacaq.

Bu haqda jurnalistin özü BAKU.WS-ə açıqlamasında deyib:
 
"İnternetdə CV-mi qoymuşdum. Mənə iki yerdən təklif gəldi. Biri bazar günü "Show tv"-də çoxlu sayda tanınmışların qatılacağı yeni il proqramı, digəri isə "Muhteşem yüz yıl. Kösem” serialı. Bakıya gələcəyim üçün, "Show tv"-ni qəbul etmədim, amma serialı qəbul etdim. Studiya təkcə "Muhteşem yüz yıl. Kösem" deyil, bir neçə baxımlı layihələri həyata keçirmək üçün çoxlu sayda aktyor elanı verib. Filmin rejissoru studiyaya müraciət edən simalar arasından məni uyğun bilib. Bir müddət sonra zəng etdilər ki, "üzünü bəyənmişik, dəvət edirik studiyamıza, ətraflı şəkil və videolar çəkək". Razılaşdım, 1 ay əvvəl getdim, çəkilişlər etdik. Tək şərt saçımın boyanması oldu".

A.Zabitqızı serialda xarici əsilli cariyə rolunda oynayacaq: 

"Mənə sadə çəkim belə olsa, günü ən az 500 dollar qonarar alacağımı deyiblər. Filmdən isə nə qədər alacağam, onu bilmirəm".

Telejurnalist serialın hansı bölümündə çıxacağı haqda məlumatsız olduğunu bildirib:
 
"Bu haqda məlumatım yoxdur. Çünki vaxtı deməyiblər. Dedim, iki həftəlik vətənimə gedirəm. Dedilər, telefon nömrəsi qoy, qısa zamanda zəng edəcəyik. Razılaşdım. Hər zaman özüm müsahibə alırdım. İndi mənə suallar verilir. Özümü qəribə hiss edirəm".
 
Ayşən Ayxan
BAKU.WS