SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyəli tarixçi Özlem Kumrular Kösem Sultan haqqında bilmədiyimiz bəzi faktlardan danışıb.
 
BAKU.WS məlumat verir ki, Özlem Kumrular hər kəsin maraqla izlədiyi "Muhteşem Yüz yıl. Kösem Sultan" serialındakı bəzi məqamlardan bəhs edib. Serialla eyni adda kitab yazan Kumrular bildirib ki, tarixdə olan bir çox məqamlar serialda əks olunmayıb:
 


"Serialı 10 dəqiqədən artıq izləyə bilmədim. Məsələn, Hülya Avşarın rolu aparmağını bəyənmədim. Səhvləri çoxdur. Qaldı ki, serialla eyni adda kitabı yazmağıma, biz buna keçən ildən qərar vermişdik. Kitabı yazıb bitirdikdən sonra serialın bir neçə bölümünü izlədim, serialda baş verənlərlə tarixdəkini müqayisə etdim, demək olar ki, bir çox məqamlar əks olunmayıb və dəyişdirilib. Bir növ ssenarini publikaya uyğunlaşdıraraq yazıblar. Bu da düzgün deyil. Əgər bir tarixi serialda və ya filmdə əks etdirmək istəyirsinizsə onu olduğu kimi çatdırın. Yoxsa dəyişərək bunu etmək qeyri-peşəkarlıqdır. Tarix olduğu kimi çatdırılmalıdır".

Kösem Sultan haqqında danışan xanım tarixçi, onu pul düşkünü, dünyagörüşsüz adlandırıb:
 


"Kösem Sultan o dövrün xanımlarından çox fərqlənirdi, mənfi mənada. Avropadakı çağdaşlarıyla müqayisədə ən üzücü tərəfi sənət və ədəbiyyatla heç maraqlanmamasıdır. Əl yazıları çox pisdir. Məsələn, o dövrün saray qadınları bir çox dilləri bilməli idilər. Amma Kösemde bunlar yoxdu. O dövrün saray qadınlarından çox geridə qalmışdı. O daha çox daş qaşı sevirdi, ollduqca pul düşkünü idi. İqtidar hərisi idi, ancaq siyasətdən anlayışı yoxdu".

Beren Saatın Kösem Sultan obrazı haqqında danışan Kumrular, Beren Saatın bu obraza yaraşmadığını deyib:
 


"Beren Saatdan Kösem Sultan olmaz. Çünki o, Bihter kimi mənfi obrazla yaddaşlara həkk olub. Məryəm Uzerli o baxımdan çox şanslı idi. Ayrıca Kösem çox günahsız bir qadın deyildi. Beren Saatın üzündəki o məsumluqla Kösem ziddiyyət təşkil edir. Bir də Kösem hökumət kimi qadın idi. Beren o nüfuzu təmsil edəcək biri deyil" - deyə o bildirib. 
 
Ayşən Ayxan
BAKU.WS