SİZİN REKLAM BURADA!
055 213 76 73


 

BAKU.WS bu günün ulduz falını təqdim edir:

 

Qoç - İstəyirsiniz ki, gün çox maraqlı və xoş keçsin. Ancaq nahaq yerə. Bu gün heç də sizin istədiyiniz kimi olmayacaq. Əslində isə siz işin gedişatını dəyişmək istəsəniz də, bunun heç bir nəticəsi olmayacaq. Gün ev işləri görmək sarıdan çox yaxşı olacaq. Alış-verişdə, əsasən, evə uyğun əşya alın. Mebellərdən balaca detallara kimi, hər şeyə fikir verin. Günün ikinci yarısında siz görüşə dəvət oluna bilərsiniz, ancaq bu, heç də romantik xarakter daşımayacaq.

Buğa - Həyat tonusunda azalma tendensiyası hiss olunur. Buna görə də, yüklənmənin düzgün bölünməsi, günün rejiminə əməl edilməsi və düzgün qidalanma vacibdir. Orqanizmin möhkəmliyini yoxlamağa ehtiyac yoxdur. Günün ikinci yarısında kübar məclisləri ola bilər. Bu məclislər kifayət qədər şən keçir, lakin orada çox qalmaq da tövsiyə olunmur.

Əkizlər - Tərəfdaş və müttəfiqlərdən vaxtında gələn dəstək sayəsində bir çox işlərdə əla nəticələrə nail olacaqsınız. Minnətdarlığınızı ifadə etməkdən çəkinməyin, bu əlaqələrin möhkəmlənməsinə yardımçı ola bilər. Professional problemlərin həlli üçün şəxsi tanışlıqlarınızdan və əlaqələrinizdən istifadə edə bilərsiniz.

Xərçəng - Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Bir çox xərçənglər fəaliyyət sahəsini dəyişə bilərlər və bundan peşman olmayacaqlar. Siz olduqca hissiyyatlısınız, intuisiyanız olduqca güclüdür. Yaxın adamlarınızın hislərindən baş açmaqla yanaşı, yeni tanışlarla özünüzü necə yaxşı aparacağınızı başa düşürsünüz.

Şir - Yüngül və harmonik bir gündür. İnsanlarla ünsiyyətdə heyrətamiz zirəklik nümayiş etdirirsiniz ki, bu hətta ümumi dil tapa bilmədiyiniz insanlarla münasibətləri qaydasına salmağa kömək edir. Bu gün xarici tərəfdaşlarla əlaqə qurmaq, xaricə səyahət etmək və nəsə planlaşdırmaq üçün uğurlu gündür. Mədəniyyət və şou-bizneslə bağlı layihələr qazanclı olacaq.

Qız - İşlər çox olacaq, lakin onların heç biri sizdə səmimi maraq yaratmayacaq. Başlanmış işləri sona çatdırmaq üçün siz özünüzü ələ almalısınız. Sizin işə yanaşma tərziniz rəhbərliyin xoşuna gəlmir. Ünvanınıza tənqidi fikirlər səslənir, ancaq siz bu tənqidləri qulaq ardına vurursunuz.

Tərəzi - Mənfi nəticələr verən bəzi anlaşılmazlıqlar ola bilər. İndi baş verənlərin vacibliyini anlamaq və düzgün strategiya seçmək sizin üçün çətindir. Xərçəng bürcünün bir sıra nümayəndələri səbrlərini cilovlaya bilməyərək məqsədlərinə çatacaqlarına ümid edərək ehtiyatsız hərəkətlərə yol verəcəklər. İş həyatında münasib vaxtın gəlməsini gözləmək daha məqsədəuyğundur.

Əqrəb - Düşünülməmiş hərəkətlərə yol verməsəniz, çox yaxşı gün hesab olunur. Ancaq bu hərəkətlərə şövq edən məqamlar çox olacaq. Tədbirli və ehtiyatlı olmaqla problemlərdən yan keçmək olar, lakin bu məqam bütün əkizlərə aid deyil. Böyüklərin məsləhətlərinə qulaq asmaq və ailə məsələlərini diqqətdə saxlamaq tövsiyə olunur.

Oxatan - Gün o qədər də pis deyil, lakin emosional fonun gərginliyi hər şeyi korlayır. Məhz buna görə qıcıqlanmağa yaxınsınız və insanlarla ünsiyyətdən tez bezirsiniz. Günün ortasında əl-qolunuzu bağlayan həyəcan hiss edə bilərsiniz. Öz problemlərinizdən başqa şeylərə diqqəti cəlb etmək çətin olacaq. Bu da səhv etmək ehtimallarını artıracaq.

Oğlaq - Lazımi informasiyaları almaq və sizə yardım edə biləcək adamlarla görüşə nail olmaq üçün inadkarlıq göstərmək lazımdır. Vacib sənədləri qaydasında saxlamaq lazımdır. Qarmaqarışıqlıq uğursuzluğa səbəb ola bilər.
Şəxsi problemlərin həlli yaxındır. Arzuları reallıq kimi təqdim etməyə böyük istək var.

Dolça
-  İşgüzar aktivlik həmişə olduğundan bir qədər aşağı səviyyədədir. Siz asta və məhsuldar işləyəcəksiniz. Əməkdaşlarınız və dostlarınız sizi ruhlandırmaq və ya tələsdirməyə çalışacaqlar, lakin bu, sizi əsəbiləşdirəcək. Münaqişələr yaradacaqsınız, lakin bu münaqişələr dərinləşməmiş, elə özünüz onları həll edəcəksiniz.
 
Balıqlar - Bu gün bir qədər uğursuz ola bilər. Sizin əhvalınız yaxşı deyil, arabir ürəyinizə daman fikirlər sizi narahat edir və ən pisi odur ki, bu ürəyə dammaların çoxu gerçək olur. Maliyyə çətinlikləri, lüzumsuz xərclər və itkilər mümkündür. Bundan başqa bu gün köhnə problemlərin geri dönməsi də ola bilər.

İndi baxaq görək, hansı bürclərin sahiblərini 2016-cı ildə dəyişikliklər gözləyir?

Qoç - 2016-ci ildə iş, eşq və şəxsi həyatınızda gözəl dəyişikliklər olacaq. Həyatınızın artıq daha düzgün olacağına və sizi çaşdıracaq yeniliklər bu il ərzində yaşanacaq. Ötən il yaradıcılığınızı yüksək səviyyədə start verdiniz, ancaq bu, sizə əhəmiyyətli ölçüdə fayda verməyib. 2016-ci ildə bu vəziyyət tərsinə dönməyə başlayır.Dəyişiklik və fərqlilik bu il sizi gözləyir. Bəzən risklərlə qarşılaşacaqsınız, ancaq sahib olduğunuz şərtlər sizi zərərə də sala bilər. 2016-ci ilin ilk yarısına qədər olan dövr şans baxımından da yaxşı səviyyədə keçəcək. Xüsusilə təhsil və işlə əlaqədar mövzularda özünüzü daha yaxşı hiss edəcəksiniz. İşlərin yolunda gedəcək olması sizi çox çox sevindirəcək. Özünüzə olan güvəniniz artmağa başlayacaq.  

Buğa - 2016-ci ildə bir az daha ön plana çıxmağa başlayacaqsınız. Geridə buraxdığımız ildə ümumi olaraq özünüzü dəyişdirməyə başladınız. Gərək iş, gərək təhsil həyatınızda fərqliliklər yaşanmağa başlayıb. Bu il ərzində də dəyişikliklərlə qarşılaşmağa başlayacaqsınız. Əhəmiyyətli fürsətlər qarşınıza çıxacaq. 2016-ci ildə ümumi olaraq hər sahədə aktiv və hərəkətli olacaqsınız. Nəzarəti ümumi olaraq əlinizdə saxlamaq və hər cür gedişata özünüz istiqamət vermək istəyirsiniz, ancaq zaman -zaman sizin əlinizdə olmayan səbəblərdən hadisələr də yaşanacaq. Qarşınıza çıxacaq hadisələrin sizi məmnun edəcəyini bilməlisiniz. Yeni ilin ilk günlərindən etibarən rahatlığın və əmin-amanlığın dadını çıxartmağa başlayacaqsınız.

Qız - 2016-ci ildə həyatınız bir az daha nizama düşəcək. Əslində bu dəyişiklik geridə buraxdığımız il ərzində başlamışdı və bu il ərzidndə  tamamlanacaq kimi görünür. Gələn il şəxsi həyatınızda baxış tərziniz böyük ölçüdə dəyişəcək. Həyata daha həqiqi dünyagörüşüylə baxmağı öyrəndiniz. Doğru və gerçək olanı ayırd etməkdə çətinlik çəkmirsiniz. Bu isə sizə əhəmiyyətli dərəcədə uğurlar gətirəcək. Özünüzə olan güvən artacaq və yeni işlər mövzusunda daha istəkli olacaqsınız. Fürsətləri doğru qiymətləndirməyi bacardığınız təqdirdə istədiyiniz həyat şərtlərinə sahib olacaqsınız. Hər şey sizin əlinizdədir. Sizi gözləyən yeniliklər 2016-ci ilin ilk yarısına qədər davam edəcək.

Əqrəb - 2016-ci il bəziləriniz üçün çətinliklə qarşılanacaq. Ötən il iş, eşq və ya təhsil həyatınızda radikal dəyişikliyə getmişdiniz. Yeniliklər və dəyişikliklərə nəzarət etməkdən əl çəkin. Hadisələri axarına buraxdığınız təqdirdə daha çox rahat etdiyinizi görəcəksiniz. 2016-ci ili inkişaf ili olaraq görməlisiniz.

BAKU.WS