SİZİN REKLAM BURADA!
055 213 76 73


 

BAKU.WS bu günün ulduz falını təqdim edir:

 

Qoç - Çoxlu mübahisələr və isti diskussiyalar olacaq. Amma onlar ciddi bir konfliktlə nəticələnməyəcək. Bir fikrə gəlsəniz, hər kəs bundan razı qalar. Məhz buna görə bəzi suallar hələ də cavabsız olaraq qalacaq. Çalışın, israfçılıqdan uzaq olasınız. Lazım omayan alış-verişdən uzaq olun. Ağıllı şəkildə etdiyiniz qənaətin sizə ancaq xeyri var. Günün ikinci yarısında ehtiyatlı olun. Bu gün zədələnə bilərsiniz.

Buğa - Həyati potensialınız böyükdür. Yaxşısı budur ki, bu gün nəyəsə çox böyük əmək sərf etməyəsiz. Bu, xroniki xəstəliklərə gətirib çıxara bilər. Ancaq xoş insanların əhatəsində keçirəcəyiniz bir istirahət sizə həm fiziki, həm də ruhi nöqteyi-nəzərdən çox xeyrli olacaq.

Əkizlər - Sakit, işlərinizi bitirmək və iş danışıqları aparmaq üçün gözəl bir gündür. Heç hara tələsmək lazım deyil, düşdüyünüz vəziyyətlə bağlı bir xeyli fikirləşin. Planlarınızı özünüz qurun. Siz çox yaxşı məsləhətlər verirsiz. Ətrafdakılar bunu görürlər və sizə nəinki kiçik problemlərin, hətta böyük problemlərin həlli üçün də müraciət edirlər.

Xərçəng - Ailə və sevgi münasibətləri harmoniyalı olacaq. Sizin yaxın insanlarla yaxşı ünsiyyətiniz olacaq ki, bu da, əlbəttə, sizin əhvalınıza təsir edəcək. Çoxdan xoşunuza gələn insandan sizə xoş xəbər gələ bilər. Əlinizə pul gələ bilər.

Şir - çalışın, heç kimə inanmayın. Bu gün sizin intiusiyanız sizi aldada bilər. Əsasən, bu proses yeni tanışlıqlar zamanı meydana çıxa bilər. Bu bürcün bəzi nümayəndələri yaxınları ilə ünsiyyətə məhdudiyyətlər qoya bilərlər. Bununla onlar əlavə söz-söhbətlərdən qaçmış olurlar.

Qız - bu gün qızlar son vaxtlar yaranmış suallara cavab tapacaqlar. Müəyyən olacaq ki, işdəki vəziyyətiniz heç də siz fikirləşdiyiniz kimi faciəli deyil. Həm də ola bilər ki, siz çox böyük bir iş təklifi alasınız. Bu gün bağlanan sazişlər böyük gəlirlər vəd edir. Ancaq ailədə hər şey qaydasında deyil. Valideynlər uşaqları ilə bir fikrə gələ bilmirlər. Uşaqlar isə həm valideynləri ilə, həm də özləri özlərilə problem yaşayırlar. Ancaq siz hər şeyin düzələcəyinə inanırsız və ən yaxşı məqam da odur ki, bu inamınız gerçəkləşəcək.

Tərəzi - Sakit və ölçülü bir gündür. Sevindirici haldır ki, xoşagəlməz hadisələr yoxdur. Sizdə istirahətlə bağlı maraqlı ideyalar yaranır, ancaq yaxınlarınıza bu ideyanı təlqin edə bilmirsiz. Sevdiyiniz insan get-gedə uzaqlaşır bu da sizi ciddi bir şəkildə narahat edir. Siz qərar verməyə tələsmirsiz. Bu isə çox gözəl haldır. Günün ikinci yarısında gözlənilməz bir mənbədən pul gələ bilər. Bu pulları dərhal xərcləməyə tələsməyin. Vaxtı gəlndə vacib bir şeyə lazım olduğunu özünüz görəcəksiniz.

Əqrəb - Sənədlərin hazırlanması ilə məşğul ola bilərsiniz. Rəqəmlərlə olan iş hətta humanitar sektorun işçiləri üçün də uğurlu olacaq. Həyati potensialınız azalır. Bunun qarşısını almaq üçün yüklənmələri tənzimləmək, günün rejiminə uyğunlaşmaq və düzgün qidalanmaq lazımdır. Orqanizminizi pis qidalara öyrəşdirməyin. Günün ikinici yarısında yüksək səviyyəli tədbirlərə gedə bilərsiz. Bu tədbirlər çox şən keçir, amma orada çox gecikmək məsləhət deyil.

Oxatan - Bu gün Oxatanlar üçün uğursuz bir gün olacaq. Siz baş verən hadisələrdən hiddətlənirsiz, problemlərə çözüm yolu axtrarırsınız, amma bu yolları tapa bilmirsiz. Həyatınızdakı nəyisə dəyişmək problemlərə gətirib çıxarır. Uğursuzluqlar sizi cənginə alıb. Ünsiyyət sarıdan çox çətin bir vaxtdır. Əgər sizə elə gəlirsə ki, kimsə sizi iki cümlədən başa düşür, yanılırsız. O, sizin sözlərinizi pis mənada başa düşür. Gününü ikinci yarısnda güclü baş ağrıları olacaq.

Oğlaq - yaxşı məsləhətləri eşitmək üçün əlverişli bir gündür. Sizinlə dostluq əlaqələri olan hər kəsə diqqətlə qulaq asıb, onlardan nəsə öyrənməyiniz sizin xeyrinizə olacaq. Qarşınıza çıxan insanlar çox maraqlı həyat tərzlərilə seçilirlər. Onların hər hansı biri ilə sizin ciddi münasibətiniz yarana bilər. Amma hadisələri qabaqlamayın.

Dolça - gün çox tez keçir. Dolçalara bu gün nə çoxlu dərd, nə də sevinc bəxş edir. Siz maraqlı işlərə başlayır və onların öhdəsindən gəlirsiniz. Entuziazm tələb etməyən işləri isə sakitcə özünüzdən uzaqlaşdırırsınız. Ulduzlar bu mövqeyinizi dəstəkləyir.Sevdiyiniz insanla aranızda ciddi problemlər olacaq.

Balıqlar - Çox çətin bir gündür. Qarşınızda duran sualların çoxusuna cavab tapa bilməyəcəksiniz. Hərdən özünüzə inamınızı itirirsiniz. İşlərin sizin xeyrinizə başa çatacağına heç bir ümidiniz yoxdur. Bəzi asılı olduğunuz insanlar var ki, onlarla yola getmək bir az çətin olacaq. Evdə yaxınlarınız sizi başa düşməyəcəklər. Siz onlara nə istədiyinizi və nə üçün mübarizə apardığınızı yenidən başa salmalı olursunuz.

İndi baxaq görək, hansı bürclərin sahibləri 2016-cı ildə daha da ehtiraslı olacaq?

Buğa - Bu bürcdən olanlar əksər hallarda partnyorunu qane edir. Bu əslində çox xoşdur. Əgər siz Buğa ilə münasibətdə olsanız narahat olmaya bilərsiniz. Çünki siz sözün əsl mənasında həzz alacaqsınız.Gələn il Buğalar üçün yaxşı olacaq.

Əqrəb - Onlar bürclər arasında ən ehtiraslılardır. Uzun müddət və dəlicəsinə sevişmək onlar üçün xoşdur. Əgər istədiyini almasa sizin üçün heç də xoş olmayacaq. və sizi heç vaxt bağışlamayacaq. Ona görə də, gələn dəfə daha yaxşı hazırlaşın və əqrəbləri qane etməyə çalışın. 2016-cı il onlar üçün çox düşərli olacaq.

Oğlaq - Onlar üçün çarpayı yarış meydanıdır. Onlar çarpayıda ən yaxşı olmaq istəyirlər. Nəticədə onlar seksin bütün mahiyyətini tez itirirlər. Digər tərəfdən, onlar üçün ilk olmaq çox vacibdir. Üzümüzə gələn il bu bürc altında doğulanlar üçün unudulmaz olacaq.

Balıqlar - Keyfiyyətə üstünlük verirlər. Münasibətdə ən yaxşısını etməyə çalışacaqlar. Onlar ən yaxşı partnyordur. ən yaxşı pozlar və ən yaxşı məkanları seçə bilirlər. Balıqlar dərk edir ki, dünyanın bütün gözəlliyi insanlar üçündür. Balıqlar bunu bilərək münasibətdə daha düzgün addımlar atırlar. 2016-cı il bu bürc altında doğulan insanlar üçün gözəl keçəcək.

BAKU.WS