VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


8-10 noyabr tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində modelyer-dizaynerlər arasında XII «Russian Siluet» beynəlxalq müsabiqəsi keçirilib.


BAKU.WS-in məlumatına görə, layihədə Azərbaycanın tanınmış modelyer-dizaynerləri Afaq İsmayılzadə, Ülkər Hüseynova və Xatirə Baharova yer alıblar. Onlar beynəlxalq müsabiqədə ölkəmizi təmsil ediblər.

Yerli dizaynerlərimizin moda göstərişi böyük maraqla qarşılanıb. Layihə çərçivəsində təmsilçilərimiz müxtəlif KİV nümayəndələrinə müsahibələr veriblər.

Layihənin münsiflər heyətində Rusiyanın tanınmış dizaynerleri Vyaçeslav Zaytsev, Valentin Yudaşkin, İqor Qulyayev və digərləri yer alıblar.

Qeyd edək ki, «Russian Siluet» yarışmasının prezidenti Tatyana Mixalkova, Azərabaycan tərəfdan təşkilat komitəsinin sədri Zamir Hüseynov, Qafqaz ölkələri üzrə koordinatoru isə Aqil Məmiyevdir.

BAKU.WS