SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS 12 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Sürprizlərlə zəngin gündür. Planlarınızı dəyişəcək gözlənilməz xəbərlər ala bilərsiz. Bu xəbərin şəxsi həyatınızla bağlı olacağı istisna deyil. Unutmayın, gələcəyinizi həll edəcək qərarları tələsik verməyin. İşgüzar fəaliyyətinizdə hər şey qaydasındadır və heç bir dəyişiklik gözlənilmir.

Buğa - Vacib gündür! Döyüşdə qalib olmaq üçün, əvvəlcə döyüşə başlamaq lazımdır. Məhz bu gün sizin döyüşə başlamanız üçün çox əlverişli gündür. Əgər belə bir vəziyyət yaranıbsa, məqsədyönlü, qətiyyətli və cəsarətli olun. Döyüşkən keyfiyyətiniz nəinki çevrənizdəki insanlara qarşı çıxmağa, hətta öz mövqeyinizi müdafiə edib, qələbə qazana bilərsiz.

Əkizlər - Qarışıq və gərgin gündür. Bu gün istənilən məsələdə şübhə hissləri sizi tərk etməyəcək. Hətta xırda və önəmsiz bir işdə də qərar verməyə çətinlik çəkəcəksiz. Bunun yaxşı tərəfi də var; əkizlər bu gün düşünməmiş addımlar atmayacaq və səhv ehtimalı sıfırdır.

Xərçəng - Bu gün uzun zamandır təxirə saldığınız problem öz həllini tələb edəcək. Ola bilsin, bu vaxtadək necə hərəkət edəcəyinizi bilmirdiz, lakin artıq tənbəlliyi kənara qoyub hərəkətə keçin. Bacaracaqsız!

Şir - Uğurlu gündür. Əl atacağınız istənilən işdə istedadınızı görməmək və dəyərləndirməmək mümkün deyil! İstənilən işin öhdəsindən əla gəlirsiz və ətrafdakılara ən yaxşı tərəflərinizi göstərirsiz. Xüsusilə də, sizi indiyədək tanımayanlarda güclü təəssürat yaradacaqsız. Yeni insanlarla tanışlıq və ya işgüzar danışıqlar üçün bundan yaxşı zaman tapa bilməzsiz!

Qız - İnsanlarla - dostlarla, yaxınlarla, işdə həmkarlarla ünsiyyətdə çətinlik yaranacaq. Əgər vəziyyət sizdən öz plan və ideyalarınızı onların qarşısına qoymanızı tələb etsə, inamsızlıq hiss edəcəksiz. Ancaq qorxmağa əsas yoxdur, bu gün çevrənizdəkilər sizə qarşı mehribandırlar. Əgər istəsəniz, öz fikirlərinizi qəbul etdirə bilərsiz.

Tərəzi - Ulduzlar yaradıcı atmosfera vəd edir. Bu gün istəsəniz, qeyri-standart ideyaların generatoru ola bilərsiz. Bunun üçün rəssam və ya yazıçı olmaq vacib deyil; kreativ yanaşma tələb olunan istənilən işdə özünüzü göstərə biləcəksiz. Bunun əksinə olaraq, dəqiqlik tələb edən vəziyyətlərə yaradıcı yanaşmaq lazım deyil. Uğursuz alına bilər.

Əqrəb - Dəqiqlik tələb edən gündür. Fərq etməz, öz cibinizdir ya başqasının, bu gün pulla ehtiyatlı davranın. Gün spontan alış-verişə, iri məbləğli itkilərə, riskli maliyyə qoyuluşlarına və pul avantüralarına meyillidir. Belə israfçı əhval-ruhiyyə qazandıqlarınızı asanlıqla itirmənizə gətirib çıxara bilər. Bu isə o deməkdir ki, bu gün puldan və onunla bağlı hər şeydən uzaq durun!

Oxatan - Bu gün beyniniz kompüter kimi dəqiq işləyir. Bu gün nəinki başqalarının ideyalarını dəyərləndirəcəksiz, hətta özünüzün bir neçə ideyanızı həyata keçirəcəksiz. İştirak etdiyiniz istənilən işdə bir neçə addım irəlidəsiz. Bu vəziyyət sizə qətiyyətli, lakin səhvsiz hərəkət etməyə imkan verəcək və heç kimin gözləmədiyi halda qələbə qazanacaqsız.

Oğlaq - Emosional gündür. Xüsusilə də xoş emosiyalar sizi müşayiət edəcək. Ola bilsin, rəhbərlik sizə karyerada yüksəliş vəd edəcək. Bu isə doğmalarınızı sevindirəcək və ya sizi cəlbedici bonuslar gözləyir. Qanadlanmış ümid və perspektivlərlə gün ərzində xoş həyəcan vəziyyətində olacaqsız.

Dolça - Ulduzlar intuisiyanızın səsinə qulaq asmağı məsləhət görür, bu sizi aldatmayacaq. Gün faydaloanmaq və ya karyera pilləsində yüksəliş üçün yaxşı şans vəd edir. Əgər ağlınızla deyil, ürəyinizlə qərar versəniz, siz bu şansdan istifadə edəcəksiz. İş bundadır ki, bu gün sizin məntiqiniz lazımlı məlumat verməyə bilər. Şüuraltınız isə, əksinə olaraq  yüksəklikdə olacaq.

Balıqlar - Bu gün həyatınızda yeni səhifə açmaq şansınız var. Ulduzlar problemin həlli üçün yeni yollar axtarmağı məsləhət görür. Ola bilsin, bu gün evdə mebellərin yerini və ya qarderobunuzu dəyişməli olacaqsız. Bəlkə də işlərinizdə təzə strategiyaya keçəcəksiz. Bu gün bunları etsəniz,
perspektivlik nəticələr qaçılmazdır.

BAKU.WS