SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS günün - 12.05.2018 tarixinin ulduz falını təqdim edir:

QOÇ
- İkili xarakterli gündür. Günün birinci yarısı xoşagəlməz hadisələrlə, ikinci yarısı isə xoş anlarla zəngin olacaq. Şəxsi həyatınızı karyeraya qurban verməyin. Balansı qorumağa çalışın.

BUĞA - Həll edilməmiş və ya gözlənilməz problemlər sizi çətinliyə salacaq. Maliyyə itkiləri ola bilər. Bütün bunlar həyat enerjinizi aşağı salacaq. Buna baxmayaraq məğlubiyyət sizə yaraşmır, güclü olun.

ƏKİZLƏR - Rəngarəng gündür, əyləncələr sizi gözləyir. Lakin bəzi xırda-para problemlər kefinizi pozacaq. Ruhdan düşməyin, hamısı asanlıqla həll edilən məsələlərdir.

XƏRÇƏNG - Sınaq günüdür. Bu gün hər şey sizi qıcıqlandıracaq və əsəbiləşdirəcək. Təmkinli olmağı bacarsanız, günü mübahisəsiz və münaqişəsiz başa vura biləcəksiz.

ŞİR - Təzadlı gündür. Mənfi və müsbət emosiyalar bir-birinə qarışacaq. Həyat enerjiniz azalacaq. Buna baxmayaraq, ünsiyyətcil və özünüzə güvənli olmanız balansı qoruyacaq.

QIZ - Rəhbərliklə münasibət üçün əlverişsiz gündür. İşinizi dəyişmək və ya vacib qərar qəbul edəcəyiniz ehtimalı var. Təxribatlara uymayın. Qətiyyətli olsanız bu baş verməyə bilər.

TƏRƏZİ - Gərgin gündür. Ailədə mübahisə, münaqişə gözlənilir. Bütün bunların qarşısını almaq üçün kompramisə getməlisiz. Qarşılıqlı anlaşmaya nail olsanız günü xəta-bəlasız yola salacaqsız.

ƏQRƏB - Təzadlı, ikili gündür. Xoş və xoş olmayan gözlənilməz sürprizlər sizi gözləyir. Buna hazır olun, vəziyyəti nəzarətinizdə saxlamağa çalışın. Belə etsəniz günü xeyrinizə başa vuracaqsız.

OXATAN - Xəyanətlə üzləşə bilərsiz. Maksimum ehtiyatlı və diqqətli olun. Öz maraqlarınızı kənara qoyub, hər şeyi detalları ilə nəzərdən keçirin. Bütün bunlara rəğmən, uğur və şans sizi buraxmayacaq. 

OĞLAQ - Bu gün işlərinizi yekunlaşdırmaq və istirahət planları qurmaq üçün yaxşı zamandır. Maddi bazanızı möhməmlətmək, gələcək üçün yatıırım qoya bilərsiz.

DOLÇA - Maraqlarınızı qorumaq üçün yaxşı gündür. Planetlər lazımsız və ya prinsipsiz mübahisələrdən uzaq olmağı - əsas işdə qazanmaq üçün xırdalıqları buraxmağı tövsiyə edir.

BALIQLAR - Gözlənilməz dəyişikliklər sizi çətinliyə salacaq və hətta təmamilə sizə yad bir işlə məşğul olmaq məcburiyyətində qala bilərsiz. Narahat olmayın, şəxsi və işgüzar sahədə hər şey yerində olacaq. 

Elif 
BAKU.WS