VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Oktyabrın 4-də Bakı Metropoliteni UEFA Avropa Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

BAKU.WS 
xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, zərurət yaranacağı təqdirdə xəttə ehtiyat qatar veriləcək:

"Sərnişinlərin metronun "Koroğlu" stansiyasının xidmətindən tam təhlükəsiz və rahat istifadə etməsi təmin olunacaq".

Qurum rəsmisi qeyd edib ki, metropolitendə həmin stadionda keçirilən tədbirlərlə bağlı təsdiq olunmuş əməliyyat planı var:

"Bu plana uyğun olaraq, "Koroğlu" stansiyası oyuna 2 saat qalmışdan futbol matçı başa çatması ilə əsas tamaşaçı kütləsinin axını tam tənzimlənənə qədər gücləndirilmiş rejimində işləyəcək".

B.Məmmədovun sözlərinə görə, oyunla əlaqədar canlı qüvvə və texniki vasitələr də ayrılacaq: "Texniki vasitələr dedikdə, ən əsas texniki məsələ ehtiyat qatarların nəzərdə tutulmasıdır".

BAKU.WS