Bakıda məşhur restoranlardan birinin qarşısında qeyri-adi avtomobil peyda olub. 
 
BAKU.WS redaksiyasına kifayət qədər bahalı və bir o qədər qeyri-adi dizayna malik avtomobilin şəkili göndərilib. Bu avtomobil Bakı küçələrinə çıxan kimi bütün insanların diqqətini özünə cəlb edib. BMW i8 Səbayıl rayonu ərazisində görünüb. Bu avtomobilin Azərbaycana sifarişi təchizatından asılı olaraq təxminən 150-200 min avroya başa gəlir. 

BMW i8-in əsas xüsusiyyəti ön təkərlərinin elektrikli mühərriklə, arxa təkərlərinin isə benzinli turbo mühərriklə təchiz edilməsidir. BMW i8-in bir digər xüsusiyyəti isə 4 təkərinin də çəkmə qabiliyyətinin olmasıdır. 

Avtomobilin mühərriki 362 at gücünə malikdir. BMW i8-in maksimum sürəti 250 kilometrdir.

BMW i8 modelinin yanacaq sərfiyyatı 100 kilometrdə 2,5 litrdən aşağıdır. Avtomobil 1,5 litr silindr həcminə malikdir. BMW i8 100 km məsafəni 4,5 saniyədə yığa bilir.
 
ŞAHİN Həbibov