Bütün ölkələrdə prezidentlə yanaşı birinci xanımın da müəyyən öhdəlikləri var. Ölkənin birinci xanımı nəinki cəmiyyətin, bütün dünyanın diqqət mərkəzində olan bir şəxsdir.
 
""First lady"lərin həm fəaliyyəti, həm geyimi, həm də həyat tərzi bütün dünyanı maraqlandıran amillərdir. Buna görə də ölkənin birinci xanımları geyimləri, saç düzümləri ilə yanaşı, danışıqlarına və davranışlarına da xüsusi ilə diqqət etməlidirlər. Onlar atdıqları hər bir addım ilə dünya gündəminin əsas müzakirə mövzusu ola bilərlər. Buna ən gözəl misal ABŞ-ın birinci xanımı Mişel Obamadır. 
 
"First lady"lər zahiri görünüşləri ilə hər zaman diqqət mərkəzində olublar. BAKU.WS məlumat verir ki, xarici mətbuat dünyanın ən gözəl birinci xanımlarından ibarət siyahıhazırlayıb. Siyahıda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da yer alıb. 
 
Mişel Obama (ABŞ)
 


ABŞ tarixində ilk afroamerika mənşəli birinci xanım bütün dünyada qadınlar üçün bariz nümunə sayılır. O yalnız əla zövqə malik deyil, həm də kəskin ağıla sahibdir. Mişel Prinston universitetini və ABŞ-da ən nüfuzlu təhsil müəssisəsi Harvardın hüquq fakultəsini bitirib. Mişel Obama uzun müddət vəkil işləyib.
 
Dominika Uattara (Kot-d'İvuar)
 


Dominika 1953-cü ildə Fransız Əlcəzairində doğulub və 1991-ci ildə Kot-d'İvuarın indiki prezidenti Alassana Uattaraya ərə gedib. Uattaraya islama inanır, Dominika isə xristiandır.
 
Mehriban Əliyeva (Azərbaycan)
 


Mehriban Əliyeva ziyalı ailəsində dünyaya gəlib. O, məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. O, 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.

Şahzadə Lalla Salma (Mərakeş)


Mərakeş kralı Məhəmməd VI arvadı 1978-ci ildə müəllim ailəsində doğulub və üç yaşında yetim qalıb. Onu nənəsi böyüdüb. Lalla informasiya sistemləri mühəndisliyini öyrənib və kralla nikaha qədər bu vəzifədə işləyib.

Şahzadə Djeçun Pema (Butan)


Butanda Əjdahalar Şahzadəsi çağırılan ən gənc birinci xanım Londonda Reqents kollecini qurtarıb. O, burada beynəlxalq münasibətlər, psixologiya, incəsənət və tarix elmlərini öyrənib. 2011-ci ildə Butan kralı ilə ailə qurub.

Silviya Bonqo Ondimba (Qabon)
 


Paris sakininə uşaqlıqda dünya üzrə çox səyahət etmək nəsib olub. Onun ailəsi əvvəl Fransadan Kameruna köçüb, sonra Tunisə və yalnız doqquz il sonra Silviya Qabonda olub. Bu ölkədə o təhsil alıb və onun anası isə gələcək ərinin katibi olub.
 
Anxelika Rivera (Meksika)
 


Anxelika 2010-cu ildə Mexiko ştatının qubernatoru Enrike Penyu Netuya ərə gedib. 2012-ci ildə Enrike Penyu Netu Meksika prezidenti seçilib.

Asma al-Əsəd (Suriya)
 


Asma 2000-ci ildə Suriya prezidenti Bəşər Əsədlə evlənənədək beynəlxalq investisiyalar sahəsində işləyirdi.

Şahzadə Letisiya (İspaniya)


İspaniya kralı VI Filippla nikaha qədər Letisiya xəbərlər aparan məşhur jurnalist idi və öz gözəlliyi sayəsində tamaşaçıların sevimlisi olub.

Marina Poroşenko (Ukrayna)


Ukraynanın birinci ledisi Marina Poroşenko gözəl ailə sahibi olmaqla yanaşı həkim-kardioloq, tibbi elmləri namizədidir.

Şahzadə Raniya (İordaniya)


İordaniya Şahzadəsi bütün dünyada öz aktiv siyasi mövqeyi ilə məşhurdur. O, qadın hüquqlarını, fələstin cəmiyyətini müdafiə edir. Şahzadə uşaqlarla qəddar rəftarla mübarizə üzrə genişmiqyaslı kampaniyalar keçirir. Səhiyyə, təhsil və mədəniyyətlər arası dialoqla bağlı müxtəlif tədbirlərdə iştirak edir.
 
Ayşən Ayxan
BAKU.WS