13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


"Apple" şirkəti yeni "iPhone" modellərini 12 sentyabrda nümayiş edəcək. 

BAKU.WS-in məlumatına görə, bu dəfə "iPhone XS" və "iPhone XC" modeli təqdim olunacaq.

"IPhone XS" modeli 5,8 və 6,5 düym OLED-ekranla təchiz olunub aldı, birkristallı A12 sistemi ilə təmin olunub. Yeni model spartfonlar 4 GB operativ yaddaşa, 64, 256 QB və 512 GB daxili yaddaşa malik olacaq. Üç rəngdə olacaq telefon polad çərçivəylə əhatə olunacaq. İkiqat kameralı, Face ID funksiyasına malik telefonda "Apple Pencil" funkisiyası nəzərdə tutulmayıb. Bu telefonların bazar qiyməti 899 və 999 dollardan başlayacaq.



"iPhone XC" modeli daha kompakt olacaq və LCD-ekranla təchiz olunacaq. Ekran 6,1 diaqonal olacaq və smartfonda alüminium çərçivədən istifadə ediləcək. Tək kameralı telefon Face ID funksiyasını dəstəkləyəcək. A12 sistemli "iPhone" 3 GB operativ yaddaş, 64 GB və 256 GB daxili yaddaşla təchiz olunacaq. Telefonun qiyməti 749 dollardan başlayır. Qiymətlər daxili yaddaşa uyğun olaraq dəyişəcək.

BAKU.WS