SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, axşam və gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Əsən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq rayonlarında havanın yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.
 
BAKU.WS