SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident İlham Əliyevin qızı, Heydər Əliyev adına Fondun vitse-prezidenti Leyla Əliyeva öz anası, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.

BAKU.WS-in məlumatına görə, Leyla Əliyevanın Instagram-dan paylaşdığı təbrikdə deyilir:

"Sevimli anamı ad günü münasibəti ilə təbrik edirəm! Sən mənim dünyada ən çox sevdiyim insansan! Sevginə, səmimiyyətinə və sonsuz xeyirxahlığına görə sənə minnətdaram! Tanrı səni yer üzünə insanlara şəfqət, ümid, ədalət və sevgi bəxş etmək üçün göndərib!

Sən dünyanın ən gözəl və ləyaqətli insanısan. Mən səni çox sevirəm, mənim anam, ən yaxşi dostum və əzizim! Təbriklərə görə hamıya təşəkkür edirəm, Allah sizə cansağlığı və bol sevgi bəxş etsin, bütün arzularınız həyata keçsin!"

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyavanın doğum günüdür.

BAKU.WS